Axtar:
Qeyd: Axtarmaq istədiyiniz sözü və ya onun hər hansı bir hissəsini yazıb axtarış edin.
E-Mail:
Şifrə:
Qeydiyyat - Şifrəni unutmusan?
 

Ümumi tələbələr: 3
Qeydiyyatlı tələbələr: 0
Qonaqlar: 3
 

 

 

 
Sumqayıt Dövlət Universitetinin rektorundan
13 iyun 2000-ci ildə ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Respublikasının Təhsil Sisteminin təkmilləşdirilməsi haqqında imzaladığı tarixi fərmanı ilə Sumqayıt şəhərində fəaliyyət göstərən Azərbaycan Sənaye institutunun bazasında Sumqayıt Dövlət Universiteti yaradılmışdır. Bu fərman ulu öndərimizin şəhər ziyalılarına, gənclərə, ümumiyyətlə, bütün Sumqayıtlılara göstərdiyi qayğı və diqqətinin bariz nümunəsidir. Sumqayıt həm əhalisinin sayına, elmi, mədəni potensialına, həm də sənayesinə görə respublikanın üç ən iri şəhərləri sırasına daxildir. Qarşımızda duran əsas məsələ universitetin elmi potensialını inkişaf etdirmək, Sumqayıt və sumqayıtlıların, həmçinin bazar iqtisadiyyatının tələbatını nəzərə almaqla yeni ixtisaslar üzrə kadrlar hazırlamaq və bu ali məktəbi Avropa məkanına inteqrasiya etməkdən ibarətdir. Əminəm ki, buna nail olacağıq.
prof. Nadir Fərrux oğlu Qəhrəmanov, SDU-nun rektoru
Tədris fəaliyyəti və qiymətləndirmə
Tələbələrin qiymətləndirilməsində obyektivliyi təmin edilməsi, valideynlərin tələbənin semestrlər üzrə qiymətlərinə nəzarət edə bilməsi üçün saytımızın bu səhifəsindəhər bir tələbənin fənnlər üzrə topladığı ballar və yekun attestasiyanın nəticəsi yerləşdirilmişdir.
Səhifəyə baxış internet üzərindən həm kompüter, həm də mobil telefonların vasitəsilə həyata keçirilə bilər. Səhifəyə keçid
Sertifikat
Sumqayıt Dövlət Universiteti Azərbaycan Respublikası təhsil nazirliyinin Akkreditasiya Komissiyasının qərarına əsasən nazirliyin 2 iyul 2009-cu il tarixli 841 nömrəli əmri ilə dövlət ali təhsil müəssisəsi kimi 4 il müddətində akkreditə olunmuşdur. Sumqayıt Dövlət Universiteti həmin əmrdə göstərilən istiqamətdə (ixtisaslar) üzrə məzunlara dövlət nümunəli sənəd (diplom) vermək hüququna malikdir.
Sumqayıt Dövlət Universiteti haqqında
Sumqayıt Dövlət Universiteti Azərbaycan Resqublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli 349 saylı fərmanı ilə, 1961-ci ildən fəaliyyət göstərən Azərbaycan Sənaye İnstitutunun bazasında yaradılmışdır.
Universitetə 2000-ci ildən etibarən Fizika elmləri doktoru, prof.N.F.Qəhrəmanov rəhbərlik edir. Universitetdə 21 ixtisas üzrə 4000 tələbə bakalavr pilləsində, 42 ixtisas üzrə 236 tələbə magistraturada təhsil alır.
SDU-nun 46 kafedrasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 5 müxbir üzvi; 40 elmlər doktoru, proffesor; 140 elmlər namizədi, dosent; 200 nəfər baş müəllim və asisitent; 20 aspirant;
80 dissertant; 10 doktorant fəaliyyət göstərir. Ətraflı
Faydalı keçid
Belarus Dövlət Universiteti tərəfindən Belarusiya ali təhsil müəssisələrində təhsil alan tələbələrin elmi-tədqiqat işləri haqqında informasiya
http://www.sws.bsu.by saytı yaradılmışdır. Saytdan təbiət və humanitar elm sahələrində son illər ərzində yerinə yetirilmiş diplom layihələri və elmi-tədqiqat işləri haqqında məlumat əldə etmək olar. Səhifəyə keçid
www.SDU.az - Sumqayıt Dövlət Universitetinin rəsmi saytı
 
 
 
 
 
 
 
 
 
www.SDU.az - Bütün hüquqları qorunur.