Ümumi tələbələr: 5 Qeydiyyatlı tələbələr: 0 Qonaqlar: 5
Bizi daha yaxından tanıyın
«Ekologiya və təbiətdən istifadə» kafedrası 1991-ci ildə yaradılmışdır. Kafedranın təşkil olunmasında əsas məqsəd хalq təsərrüfatının müхtəlif sahələri üzrə ekologiya istiqamətində respudlika üçün kadr hazırlığı olmuşdur. Kafedraya t.e.n. dosent X.C.Ağacanov rəhbərlik etmişdir.
İlk mərhələdə kafedra «Sən... Daha ətraflı
İllik tədbirlər planı
Rektor - Nadir F. Qəhrəmanov
Qəhrəmanov Nadir Fərrux oğlu 1945-ci il, mayın 24-də Zəngəzur qəzasının Urud kəndində ziyalı ailəsində anadan olmuşdur. 1962-ci ildə orta məktəbi bitirmişdir. Elə həmin ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1967-ci ildən 1969-cu ilə qədər hərbi xidmətdə olmuşdur. 1969-cu ildən fəaliyyətini Bakı Dövlət Universiteti ilə bağlamışdır. 1972-ci ilə qədər laborant, 1972-1976-cı illərdə isə "Ümumi fizika" kafedrasında müəllim işləmişdir. 1976-cı ildə "İndium kükürd monokristalının alınması və bəzi fiziki xassələri" mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. 1977-1986-cı illərdə "Ümumi fizika" kafedrasının dossenti vəzifəsində çalışmışdır.1986-cı ildə Moskvada SSRİ Elmlər Akademiyasının Radioelektronika İnstitutunda "Yeni tipli üçqat yarımkeçirici birləşmələr" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır. O, həmin ildən Bakı Dövlət Universitetinin "Ümumi fizika" kafedrasının professoru vəzifəsində öz elmi-pedaqoji fəaliyyətini davam etdirərək müxtəlif illərdə həmin kafedranın müdiri vəzifəsində çalışmışdır. 30 ilə yaxın bir müddətdə BDU-da yüksək elmi - pedaqoji səviyyədə mühazirələr oxumuşdur. N.Qəhrəmanov mürəkkəb yarımkeçiricilər üzrə mütəxəssisdir. 200 - dən çox elmi məqalənin, 10 müəlliflik şəhadətnaməsi, monoqrafiya və dərs vəsaitlərinin müəllifidir. 8 elmlər namizədi hazırlamışdır. SDU elmi xəbərlər jurnalının baş redaktorudur. Azərbaycan Respublikası Prezidentinin 31 may 2000-ci il tarixli sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilmişdir.
Ailəlidir, iki övladı, dörd nəvəsi vardır.
Elmi işlər üzrə prorektor - Yadigar Y. Hüseynov
Hüseynov Yadigar Yusif oğlu 1955 - ci il, mayın 3 - də Gürcüstan Respublikasında anadan olmuşdur. 1972-ci ildə orta məktəbi, 1977-ci ildə isə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. 1977 - 1981 - ci illərdə Qəbələ rayonunda müəllim, 1981-2000 - ci illərdə isə Bakı Dövlət Universitetinin "Yarımkeçiricilər" laboratoriyasında çalışmışdır. 1989 - cu ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika - riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. 1990-1991-ci illərdə İtaliyada I Roma Universitetində elmi ezamiyyətdə olmuşdur. 1993-cü ildə elmi işlərinin nəticələrinə görə Beynəlxalq Soros Fondunun mükafatına layiq görülmüşdür. 2003-cü ildə "Avtonom qidalanan funksional qurgu və heteroelektron quruluşların yaradılmasının fiziki-texnoloji xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır. 2004-cü ildə Bərk cisim elektronikası kafedrasını yaratmışdır. Hal-hazırda həmin kafedranın professoru və kafedra müdiridir. 120-dən çox elmi məqalənin, 6 müəlliflik şəhadətnaməsinin, 2 monoqrafiyanın, 6 dərs vəsaitinin müəllifidir. 2000-ci ildən Sumqayıt Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru vəzifəsində çalışır. Ailəlidir, üç övladı və nəvəsi var.
Tədris işləri üzrə prorektor: Əkbər Ə. Ağayev
Ağayev Əkbər Əli oğlu 26 fevral 1954-cü ildə İrəvan şəhərində müəllim ailəsində anadan olmuşdur.1961-ci ildə İrəvan şəhəri M.F.Axundov adına 9 saylı orta məktəbin birinci sinifinə getmiş və həmin məktəbi 1971-ci ildı bitirmişdir.
1971-ci ildə M.Əzizibəyov adına Neft və Kimya istitutunun (indiki ADNA) kimya-texnologiya fakültəsinə daxil olmuş və oranı 1976-cı ildə bitirmişdir.Mühəndis-kimyaçı texnoloqdur.Əmək fəaliyyətinə 1976-cı ildə başlamışdır. 1976-1983-cü illərdə Azərbaycan Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya prosesləri institutunda mühəndis,böyük mühəndis,kiçik elmi işçi vəzifələrində çalışmışdır.1976-7980-cı illərdə həmin institutun qiyabi aspirantı olmuşdur.
1983-cü ildən Sumqayıt Dövlət Universitetində çalışır.1983-1987-ci illərdə dosent,1987-ci ildən bu günə qədər isə indiki “Neft kimyası və kimya texnologiyası” kafedrasının müdiridir.1995-2000-ci illərdə beynəlxalq əlaqələr üzrə prorektor,2004-2006-cı illərdə “İqtisadiyyat və İdarəetmə” fakültəsinin dekanı vəzifələrini də icra etmişdir.
Ə.Ə. Ağayev 1981-ci ildə “Neft kimyası” ixtisası üzrə namizədlik,1992-ci ildə isə həmin ixtisas üzrə doktorluq dissertasiyalarını müdafiə etmişdir.1994-cü ildən “Üzvi maddələrin texnologiyası” kafedrası üzrə professordur.
2004-2006-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Atestasiya komissiyasının kimya bölməsi üzrə eksperti olmuş,hal-hazırda Azərbaycan MEA “Kinetika və kataliz” və “Yüksək molekullu birləşmələr kimyası” üzrə problem Şuralarının üzvüdü.
5 elmlər namizədi hazırlanmış,1 doktorant və 3 aspirant,3 dissertantın elmi rəhbəridir.
Ə.Ə. Ağayev 200-dən artıq elmi işin,o cümlədən 26 dərslik, dərs və tədris vəsaitinin,14 fənn proqramının, 2 monoqrafiyanın, 8 ixtiranın və 8 potentin müəllifidir.Elmi əsərlərindən 70-i xarici ölkələrdə (Almaniya,Kanada,Çexiya,Rusiya,Türkiyə,Ukraina,Pakistan,Kipr və keçmiş SSRİ-də) dərc edilmiş və onlara alimlər tərəfindən istinadlar olunur.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azad Həmkarlar İttifaqı Komitəsinin fəxri fərmanları ilə təltif edilmişdir.
Axşam və qiyabi təhsil üzrə prorektor - Sevda M. Mikayılova
1951-ci ildə Ağdam rayonunda ziyalı ailəsində anadan olmuşdur. Ağdam rayon 5 saylı orta məktəbi bitirmişdir. 1968 - ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft - Kimya İnstitutunun «Mühəndis iqtisad» fakültəsinə daxil olmuş və 1973-cü ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1989 - 1993 - cü illərdə Bakı Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. 1995 - ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1986 - cı ildən indiki Sumqayıt Dövlət Universitetində assistent, baş müəllim, dosent, kafedra müdiri, dekan işləmişdir. 2002-ci ilin oktyabrından prorektor vəzifəsində işləyir.
İnzibati işlər üzrə prorektor - Şirin T. Cəfərov
1962-ci il 21 oiktyabrda Zəngilan rayonunun Qıraq Müşlaq kəndində ziyalı ailəsində anadan olmuşdur. Qıraq Müşlaq kənd orta məktəbini 1978 - ci ildə bitirmişdir. 1978-1981-ci illərdə Bakı Politexnik texnikumunda təhsil almışdır.1987-ci ildə Bakı Dövlət Univərsitetinə daxil olmuş və 1983-cü ildə coğrafiya fakultəsinin geodeziya və kartoqrafiya fakültəsini bitirmişdir. Müxtəlif inşaat idarələrində rəhbər vəzifələrdə işləmişdir. 2002 - ci ildən SDU - nun inzibati Təsərrüfat işləri üzrə prorektoru vəzifəsində çalışır. Evlidir, iki oğlu var.
www.SDU.az - İnzibati işlər üzrə prorektor - Şirin T. Cəfərov