Sumqayıt Dövlət Universitetinin rəsmi saytı
   

 13 iyun 2000-ci ildə ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Respublikasının Təhsil Sisteminin təkmilləşdirilməsi haqqında imzaladığı tarixi fərmanı ilə Sumqayıt şəhərində fəaliyyət göstərən Azərbaycan Sənaye institutunun bazasında Sumqayıt Dövlət Universiteti yaradılmışdır. Bu fərman ulu öndərimizin şəhər ziyalılarına, gənclərə, ümumiyyətlə, bütün Sumqayıtlılara göstərdiyi qayğı və diqqətinin bariz nümunəsidir. Sumqayıt həm əhalisinin sayına, elmi, mədəni potensialına, həm də sənayesinə görə respublikanın üç ən iri şəhərləri sırasına daxildir. Qarşımızda duran əsas məsələ universitetin elmi potensialını inkişaf etdirmək, Sumqayıt və sumqayıtlıların, həmçinin bazar iqtisadiyyatının

tələbatını nəzərə almaqla yeni ixtisaslar üzrə kadrlar hazırlamaq və bu ali məktəbi Avropa məkanına inteqrasiya etməkdən ibarətdir. Əminəm ki, buna nail olacağıq.
prof. Nadir Fərrux oğlu Qəhrəmanov, SDU-nun rektoru

    Tələbələrin qiymətləndirilməsində obyektivliyi təmin edilməsi, valideynlərin tələbənin semestrlər üzrə qiymətlərinə nəzarət edə bilməsi üçün saytımızın bu səhifəsində hər bir tələbənin fənnlər üzrə topladığı ballar və yekun attestasiyanın nəticəsi yerləşdirilmişdir.
     Səhifəyə baxış internet üzərindən həm kompüter, həm də mobil telefonların vasitəsilə həyata keçirilə bilər.


Səhifəyə keçid >>

     Sumqayıt Dövlət Universiteti Azərbaycan Respublikası təhsil nazirliyinin Akkreditasiya Komissiyasının qərarına əsasən nazirliyin 2 iyul 2009-cu il tarixli 841 nömrəli əmri ilə dövlət ali təhsil müəssisəsi kimi 4 il müddətində akkreditə olunmuşdur. Sumqayıt Dövlət Universiteti həmin əmrdə göstərilən istiqamətdə (ixtisaslar) üzrə məzunlara dövlət nümunəli sənəd (diplom) vermək hüququna malikdir.

    Sumqayıt Dövlət Universiteti Azərbaycan Resqublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli 349 saylı fərmanı ilə, 1961-ci ildən fəaliyyət göstərən Azərbaycan Sənaye İnstitutunun bazasında yaradılmışdır.
Universitetə 2000-ci ildən etibarən Fizika elmləri doktoru, prof.N.F.Qəhrəmanov rəhbərlik edir.
Universitetdə 21 ixtisas üzrə 4000 tələbə bakalavr pilləsində, 42 ixtisas üzrə 236 tələbə magistraturada təhsil alır.
SDU-nun 46 kafedrasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 5 müxbir üzvi; 40 elmlər doktoru, proffesor; 140 elmlər namizədi, dosent; 200 nəfər baş müəllim və asisitent; 20 aspirant;

80 dissertant; 10 doktorant fəaliyyət göstərir.
    1962-ci ildən M.Əzizbəyov adına Neft Kimya İnstitutunun kitabxanasının filialı kimi işə başlamış.1975-ci ildən Azərbaycan Sənaye İnstitutunun kitabxanası kimi işləmiş və hal-hazırda Sumqayıt Dövlət Universitetinin kitabxanası kimi fəaliyyət göstərmişdir. Kitabxanada 4 şöbə fəaliyyət göstərir 1.Komplektləşdirmə və kitabişləmə şöbəsi Teymurova S.-şöbə müdiri
Həmidova M.- böyük kitabxanaçı
2.Xidmət şöbəsi

 
    Belarus Dövlət Universiteti tərəfindən Belarusiya ali təhsil müəssisələrində təhsil alan tələbələrin elmi-tədqiqat işləri haqqında informasiya
http://www.sws.bsu.by saytı yaradılmışdır. Saytdan təbiət və humanitar elm sahələrində son illər ərzində yerinə yetirilmiş diplom layihələri və elmi-tədqiqat işləri haqqında məlumat əldə etmək olar.



 
   
     
 
 
Qan yaddaşımız!!!
 
Xankəndi 26.12.91
Xocavənd 02.10.92
Xocalı 26.02.92
Şuşa 08.05.92
Laçın 17.05.92
Xocavənd 02.10.92
Kəlbəcər 03.04.93
Ağdərə 17.06.93
Ağdam 23.07.93
Cəbrayıl 18.08.93
Füzuli 23.08.93
Qubadlı 30.08.93
Zəngilan 29.10.93